Gürcüstanda iri metallurgiya zavodu işini dayandırıb 12 Fevral 2016 02:00 Dünya Gürcüstanın Rustavidəki ən böyük metallurgiya zavoduna nəzarət edən "Rustavi poladı" ASC-nin rəhbərliyi məhsullarına tələbatın olmaması səbəbilə müəssisənin kollektivini ödənişsiz məzuniyyətə göndərib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Gürcüstan KİV-i məlumat verib. Zavod işçilərinin sözlərinə görə, dünən müəssisə rəhbərliyi metallurgiya bazarındakı qlobal böhrana görə zavodun fəaliyyətini ən azı bir aylığa dayandırmağa məcbur olduğunu söyləyib. Bu qərar çətin duruma düşən işçilərin etirazına səbəb olub. Onlar ailələrini dolandıra bilməyəcəklərindən çəkinir. Zavod rəhbərliyi əməkdaşlarına kredit öhdəliklərinin uzadılmasında və martın 10-dan işə bərpa edilməkdə yardım edəcəyini vəd edib. Qeyd edək ki, "Rustavi poladı" ASC ildə 200 min ton polad boru və armatur istehsal edir. Bunun da 80 faizi Azərbaycan, Ermənistan və digər ölkələrə ixrac olunur. Teqlər : #Gürcüstanda iri metallurgiya zavodu işini dayandırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Venesuela neft istehsalçılarına çağırış etdi: İXRACI DAYANDIRIN Fətullah Gülənin rəsmi saytı Türkiyədə qadağan edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO