Gürcüstanda məscid sökülür

14 dindar etiraz etdiyi üçün saxlanılıb

Gürcüstanın Samtşə-Cavahəti bölgəsinin Moxe kəndində bir neçə müsəlman guya qanuna tabe olmadığı üçün həbs olunub.
Maide.az-ın məlumatına görə, əyalətin müsəlman camaatı on illər öncə məscid kimi fəaliyyət göstərən binanın sökülməsi və yerində Mədəniyyət Evi tikilməsinə etiraz edərkən oktyabrın 23-də kənd camatı və polis arasında insident baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 11 nəfər xuliqanlıq və qanuna tabesizlik maddəsi ilə, 3 nəfər isə qrup şəkilində müqavimət göstərdiyi üçün saxlanılıb.
Məscidin bərpasını tələb edən yerli sakinlərin, polisə itaət etməməsi səbəbindən saxlanıldığı Adigen rayonunda (Samsxe-Cavaxeti) vəziyyət getdikcə gərginləşir.
Moxe kəndinin və bir neçə qonşu kəndin sakinləri 14 nəfərin həbsinə etiraz olaraq uşaqlarını məktəbə yollamaqdan imtina ediblər.
Adigeni şəhərində yerləşən polis binasının qarşısında bir necə kənddən olan müsəlmanlar yığışıb. Onlar həbs olunanların azad olunmasını tələb ediblər, aksiya bütün gecə davam edib.  Gürcüstan Xalq Müdafiə Aparatı, 23 oktyabr tarixində Moxe kəndində baş vermiş insidentlə bağlı bəyanat yayıb. Bəyanatda, dini qarşıdurmanın təhlükəsi haqqında danışılır və Adigeni şəhər hakimiyyətindən binanın sökülməsini dayandırmağa çağırılır.
Gürcüstanın baş naziri öz növbəsində bəyan edib ki, ölkənin bütün vətəndaşları dini etiqadlarından asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Onun sözlərinə görə müsəlmanların orada məscid, xristianların isə kilsə olması iddialarına son qoymaq üçün hökumət orada Mədəniyyət evinin tikilməsini qərara alıb, belə ki, sovet dövründə bir müddət orada Mədəniyyət evi fəaliyyət göstərib. //

Google+ WhatsApp ok.ru