Gürcüstanda müəyyən dini məsələlərin həlli sahəsində dövlətin dini qurumu ilə görüş keçirildi - FOTO

Gürcüstanda müəyyən dini məsələlərin həlli sahəsində dövlətin dini qurumu ilə görüş keçirildi - FOTO

Bu gün Ruhanilər Heyətinin bir neçə üzvü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə birgə nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və əməkdaşları ilə görüş keçirdi. 
 
Maide.Az xəbər verir ki, görüşdə ölkə müsəlmanlarını narahat edən müəyyən məsələlər, orta məktəbin dərslik tarix kitablarında dinimizlə bağlı müəyyən yanlış məlumatların olması, məscidlərin qeydiyyat və mülkiyyət məsələləri müzakirə olundu və digər dini sahədə mövcud olan problemlər haqda dövlət qurumu məlumatlandırıldı.
 
BGMİnin şeyxi Hacı Ramin İgidov müəyyən dini məsələlərin həlli sahəsində fikirini bildirib, təklif və rəylərini söylədi.
 
Dini icmalar və və dövlət arasında vasitəçi orqan olan Dini Məsələlər üzrə Dövlət Agentliyin sədri Zaza Vaşakmadze söylənilən məsələlərə münasibət bildirib sualları cavablandırdıqdan sonra qeyd etdi ki: “Gürcüstanda dini icmaların öz dinlərini azad və daha rahat şəraitdə yaşamaları üçün müəyyən işlər görülüb. Dövlət ölkədə sayca ikinci dinə mənsub olan müsəlman vətəndaşlarına diqqət və qayğısını bundan sonra daha da artıracaqdır”. O az zamanda çox işlər görülsə də yenə həllini tapmamış müəyyən problemlərin olduğunu vurğuladı. Müzakirə olunan məsələlərin tez zamanda həll olunması istiqamətində çalışacaqlarını söylədi. Dini Agentliyin birbaşa səlahiyyətində olmayan məsələlərin isə  aidiyyatı orqanlara çatdıraraq, həlli istiqamətində səy göstəriləcəklərini bildirdi. /
 
 

Google+ WhatsApp ok.ru