Gürcüstanda İmam Həsənin (ə) mövlud günü münasibəti ilə mərasim keçirilib 21 İyun 2016 01:00 Dünya Ötən axşam Gürcüstanın Rustavi şəhərində din xadimləri, mədrəsə tələbələri və şəhər dindarlarının iştirakı ilə Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə mərasim təşkil edilib. Maide.Az xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsi, “Əl-mustafa” Beynəlxalq Universiteti və İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən mərasim Hacı İlkin Həsənzadənin Quran tilavəti, Ramazan və iftar duası ilə başlayıb. Gürcüstan Müsəlmanları İdarəsinin şeyx Hacı Ramin İgidov və müftilər Hacı Beqlar Kamaşidze və Hacı Yasin Əliyev, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze məclis iştirakçılarını salamlayıb, İmam Həsənin (ə) mübarək təvəllüdü günü və Ramazan ayı münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını bildiriblər. BGMİnin şeyxi çıxışı zamanı qeyd edib ki: “Ramazan ayında Allahın nemət süfrələri iftar zamanı bəndələrinin üzünə açıldığı kimi rəhmət, bərəkət və savab süfrələri də açıqdır”. O qeyd edib ki, “Quranın nazil olduğu və Cənnət cavanlarının sərvərinin təvəllüdü olan bu ay bizə eyni zamanda Peyğəmbərimizin (s) iki əmanətinə sadiq qalmağı (Quran və Əhlibeyt) xatırlatmaqdadır”. Məclis iftar süfrəsi ətrafında Məşədi Ramin və Məşədi Səidin ifasında könülə oxşayan dini ilahilərlə sona çatıb. Teqlər : #Gürcüstanda İmam Həsənin (ə) mövlud günü münasibəti ilə mərasim keçirilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erdoğan İsraillə yaxınlaşır? Avropa internetsiz qaldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO