Gürcüstanda Xanım Fatimeyi Zəhranın (ə) əza məclisi keçirilib - FOTO

Gürcüstanda Xanım Fatimeyi Zəhranın (ə) əza məclisi keçirilib - FOTO

Ötən gün Gürcüstanın Qardabani şəhərində Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadəti münasibətilə əza məclisi keçirilib.
 
Maide.Az xəbər verir ki, məclis Hacı Anar Bayramovun Quran oxuması ilə başlayıb. Daha sonra ilahiyyatçı Hacı Davud Zare Xanım Fatimeyi Zəhranın (s.ə) həyat və fəaliyyətindən söhbət açıb. Din xadimi həzrətin ən gözəl insanlıq nümunəsi olduğunu vurğulayıb.
 
Məclis Hacı Seyid Rəhmanın rövzə və mərsiyyələri, ardınca ehsan süfrəsi ilə sonlanıb.
 

Google+ WhatsApp ok.ru