Gürcüstan iki aydır Ermənistana səfir göndərmir

FaktXəbər-in məlumatına görə, Gürcüstanın Ermənistandakı səfiri Tangiz Şarmanaşvilinin iki ay əvvəl diplomatik missiyası sona çatdığı üçün Yerevanı tərk edib.
 
Bu barədə ölkə mediasına Gürcüstanın Yerevandakı səfirliyində məlumat verilib. 
 
Gürcustan hakimiyyətinin Ermənistana səfir təyin etmə prosessini bu dərəcədə uzadılmasının səbəbləri hələ də açıqlanmır. 
 
Qeyd edək ki, hazırda səfirin vəzifələrini müvəqqəti olaraq Malhaz Malaşhiya icra edir. 

Google+ WhatsApp ok.ru