Gürcüstan müsəlmanları Yəmənə dəstək aksiyası keçirdilər - FOTO

Gürcüstan müsəlmanları İmam Əli (ə) məscidinin önündə toplaşaraq Yəmənə olunan hücuma etiraz ediblər. 
 
Maide.az xəbər verir ki, toplanan izdiham Səudiyyə rejiminin etdiyi hücumları qınayaraq, Yəmən xalqına qarşı edilən təcavüzə son qoyulmasını istəyiblər.
 
Keçirilən etiraz aksiyasında ilahiyyatçı Mirismayıl Əsədov çıxış edib. O, çıxışında Yəmənə edilən hücumun səbəbini açıqlayıb. Tarix boyu haqla-batilin, xeyirlə-şər hər zaman qarşı qaya gəldiyini və bu gündən bu məsələnin Yəməndə təkrar olunduğunu deyən Əsədov, "məzlum Yəmən xalqı illərlə təzyiq və zülm gördükdən sonra öz azadlığına qovuşduqdan sonra dünya imperializm qüvələri öz mənafeləri və maraqları üçün Yəmən xalqının azad olmasını həzm etmədilər" söyləyib.
 
Çıxışının sonunda aksiya iştirakçıları günahsız insanların qanına susamış, İraq və Suriyada tökülən qanlara səbəb olan bu rejimlərdən zülmlərinə son verməsini istəyərək,  "siz Yezidin aqibətinə baxıb ondan dərs almalısınız" deyiblər.
 
 
 

Google+ WhatsApp ok.ru