Gürcüstanın ali məktəblərində qripə görə tədris prosesi dayandırılıb 11 Yanvar 2019 10:12 Dünya Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədərdayandırılıb. “Report”un verdiyi xəbərə görə, təhsil müəssisələri bu barədə qərarı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi əsasında qəbul edib. Qərara müvafiq olaraq, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib. Qonşu ölkədə “donuz qripi” adlandırılan A (H1N1) virusundan 14 nəfər ölüb. Qriplə bağlı 845 nəfər xəstəxanalara yerləşdirilib. Virusa görə ölkənin uşaq bağçaları və ictimai məktəblərində yanvarın 14-dək davam edən qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb. Teqlər : #Gürcüstanın,#ali,#məktəblərində,#qripə,#görə,#tədris,#prosesi,#dayandırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən güclü və ən zəif pasportları - Siyahı Livandakı qaçqınların ağır həyat şərtləri - Qan donduran görüntülər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO