Gürcüstanın daxili işlər naziri istefa verdi

Gürcüstanın Daxili İşlər naziri Aleksandr Çikaidze istefa verib.
 
Report Gürcüstan informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilib.
 
Çikaidze buna səbəb kimi Yuri Vazaqaşvilinin qətli ilə bağlı ünvanına söylənilən ittihamları əsas göstərib.
 
Qeyd edək ki, Yuri Vazaqaşvilinin oğlu Zurab Vazaqaşvili 2006-cı ildə polislər tərəfindən öldürülüb./

Google+ WhatsApp ok.ru