Gürcüstan ordusunda müsəlman əsgərlər üçün ibadət otağı açılıb 07 Mart 2016 02:00 Dünya Martın 6-da Gürcüstan Silahlı Qüvvələrinin müsəlman əsgərlərin xidmət etdiyi Kutaisidəki 3-cü Piyada Briqadasında ibadət otağının açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılışda müdafiə nazirinin müavini Besik Loladze, Baş Qərargah rəisinin müavini Omar Beqoidze, Qərbi Gürcüstanın müftisi Beqlar Kamaşidze, briqada komandiri, polkovnik Şalva Cabaxidze və digər yüksək çinli hərbçilər iştirak ediblər. Müdafiə naziri Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə öz dini inanclarını və ibadətlərini yerinə yetirmək üçün tam azadlıq verildiyini bildirib: “Onlar demokratik ölkənin əsgərləridir. Mart ayından sonra daha iki hərbi hissədə belə ibadət otağı açılacaq. Müdafiə Nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini həyata keçirəcək”. Qeyd edək ki, III Piyada Briqadasında 103 hərbi qulluqçu xidmət edir. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov APA-ya açıqlamasında azərbaycanlıların kompakt yaşadığı bölgələrdə olan hərbi hissələrdə də ibadət otaqları açılacağını bildirib: "Biz bu məsələ barədə üç ay əvvəl Gürcüstanın Müdafiə Nazirinə müraciət etmişdik və fevralın axırında bizə rəsmi olaraq müsbət cavab verildi. Martın 6-da nazirlik verdiyi sözə əməl edib. Bizdə olan məlumata görə, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də belə ibadət otaqlarının açılması nəzərdə tutulub”. Teqlər : #Gürcüstan ordusunda müsəlman əsgərlər üçün ibadət otağı açılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın ilk neft tanker Avropaya çatıb İmam Rza (ə) məqbərəsinə yeni müdir təyin edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO