Gürcüstan Ruhaniləri Heyəti On4TV və Kanal 12-nin bağlanması haqda bəyanat yaydı

Gürcüstan Ruhaniləri Heyəti On4TV və Kanal 12-nin bağlanması haqda bəyanat yaydı

Maide.az-a Gürcüstan Ruhaniləri Heyətindən verilən məlumata görə, bəyanatda deyilir:
 
"Bağışlayan və Mehriban Allahın adı ilə
 
23 Yanvar 2017-ci il tarixində Türkiyədə fəaliyyət göstərən Kanal on4 və Kanal 12 Tv-lərin yayımının əsassız suçlamalarla dayandırılması xəbəri Türkiyə, Azərbaycan və dünyanın bir çox yerlərində olan çoxsaylı izləyicilər kimi Gürcüstanda yaşayan müsəlmanları də məyus etdi. Türkiyə Cümhuriyyətində yaşayan Əhli-beyt inancına mənsub vətəndaşlar həmişə öz ölkələrində millətinə, bayrağına və vətəninə sadiq şəxslər kimi tanınmışlar. Hal hazırda Türkiyədə fəaliyyət göstərən iki minə yaxın televiziya kanalından yalnız Cəfəri inancına aid iki kanalın bağlanması qərəzli və məzhəb ayrıseçkiliyi kimi qəbul olunur. İzləyiciləri düşündürən sual da budur ki, nədən pozğunluğu yayan və insanlara heç bir fayda verməyən kanallar qalıb, faydalı, maarifləndirici, qardaşlıq və birliyin yayıcısı, terror və radikalizmin əleyhinə olan kanallar isə bağlanıbdır.
 
Biz Gürcüstan Ruhaniləri dünya türkdilli müsəlmanları Quranın hidayəti, Peyğəmbər (s) sünnəti və Əhlibeytin (ə) maarifi ilə bilgiləndirən, ixtilaflı məsələlərdən hər zaman uzaq duraraq İslami məzhəblərin qardaşlığı mövzusunda mövqe sərgiləyən, izləyicilərini haqqa yönəldən, qardaş Türkiyədə barış, birlik və bərabərlik ruhunun güclənməsini qarşısına məqsəd qoyan və dini film və verlişləri ilə tanınan Tv-lərin yayım haqlarının alınmasını qınayırıq. Ümidvarıq ki, bu kanallar haqqında alınmış səhv qərara düzəliş edilib yenidən yayımına izn verilməklə Əhli-beyt tərəfdarlarının sevincinə səbəb olacaqlar.
 
Gürcüstan Ruhaniləri Heyəti"
 
 

Google+ WhatsApp ok.ru