Göyçayda kütləvi dava qətllə nəticələnib, bir nəfər xəsarət alıb

Göyçay rayonunda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17 radələrində Göyçayın Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.
 
Gənclər arasında baş verən kütləvi dava zamanı iki nəfər bıçaq xəsarəti alıb. Onlardan biri, Göyçay şəhər sakini, 1996-cı il təvəllüdlü İbrahimov Heydər Əbülfəz oğlu hadisə yerində ölüb.
 
Onu bıçaqlayan şəxsin 1993-cü il təvəllüdlü Ərəbcəbirli kənd sakini Səmədov Əli Azər oğlu olduğu məlum olub və polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 
Qətl hadisəsi törədən şəxs Ərəbcəbirli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədovun qardaşı oğludur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib.
 
Onun şəxsiyyəti dəqiqləşdirilir.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparırlar. /
 

Google+ WhatsApp ok.ru