Göyçayda narkotik maddə satan qrup tutulub

Göyçayda qanunsuz narkotik vasitələrin  saxlanılması və alqı-satqısı ilə məşğul olan adamlar tutulub.
 
 APA-nın məlumatına görə, Göyçay rayon polis şöbəsi əməkdaşlarının 3 gün ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun yeddi sakini saxlanıb.
 
Onların hər birinin üzərində müxtəlif çəkidə qurudulan marixuana aşkar edilib. Tutulanların barəsində ayrıca cinayət işi açılıb, araşdırma aparılır./

Google+ WhatsApp ok.ru