Tanınmış Quran qarisi vəfat edib

Tanınmış Quran qarisi Şeyx Əhməd Məhəmməd Amir ötən gün  89 yaşında vəfat edib. 
Maide.az xəbər verir ki, O, 1927-ci ildə Misirin Şərqiyyə əyalətinin Faqus şəhərinin Əl-Əsakərə kəndində anadan olub. Əhməd Məhəmməd Amir uşaqlıq dövründən Quranı əzbərləməyə başlayıb. 1963-cü ildə Qahirənin Quran radiosunda tilavət etməyə başlayıb. 
Şeyx Əhməd  İslam dünyasında tanınmış Quran qarilərindən biri idi. Onun dəfn mərasimi bu gün öz doğulduğu kənddə təşkil olunacaq. /
 

Google+ WhatsApp ok.ru