Göyçay rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb

Avqustun 13-də saat 02 radələrində Göyçay rayonu, Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun üzərində odlu silahdan yetirilməyə xarakterik olan xəsarətlərlə meyitinin kəndin un dəyirmanının həyətində aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.
 
Maide.az xəbər verir ki, Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu tutulub.
 
İstintaq zamanı Ə.Xudiyevin qeyd edilən tarixdə rayonun Alpout kəndində yerləşən un dəyirmanının həyətində S.Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı özünə məxsus “TOZ-25” markalı ov tüfəngi ilə sonuncuya 4 dəfə atəş açaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan Ə.Xudiyev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
 

Google+ WhatsApp ok.ru