Göygöldə yol qəzası olub, ölən və yaralananlar var

Göygöldə yol qəzası olub, ölən və yaralananlar var

Göygöl rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 
 
Yeni Qızılca kəndində "Ford" markalı yük maşını yol kənarında dayanmış "Zil" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı ölüb, həmçinin 2013-cü il təvəllüdlü Orucova Fatimə Natiq qızı və 1983-cü il təvəllüdlü Orucova Sudabə Lətif qızı xəsarət alıblar.
 
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru