`Gürcüstanda dini tolerantlıq` mövzusunda dinlərarası konfrans keçirilib - FOTO

`Gürcüstanda dini tolerantlıq` mövzusunda dinlərarası konfrans keçirilib - FOTO

Bu gün  Tbilisidə yerləşən "Courtyard Marriott" mehmanxanasının konfrans salonunda Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə "Sülh və barış üçün dinlərarası dialoq" şüarı ilə 2-ci konfrans keçirilib.
 
Maide.Az bildirir ki, beynəlxalq tolerantlıq günündə keçirilən bu günkü konfransın mövzusu " Gürcüstanda dini tolerantlıq " olub. 
 
Konfransda dini liderlərlər, din xadimləri, alimlər, parlament üzvləri, hökumət rəsmiləri və diplomatik korpusun nümayəndələri  iştirak edib.
 
İlk öncə konfransın təşkilatçısı Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edib. 
 
O, Gürcüstandakı bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini vurğulayaraq dini icmalar arasında heç bir ciddi qarşıdurma və ya problem olmadığını, ölkədə tolerantlığın inkişaf etdiyini, Gürcüstan dövlətinin ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaratdığını qeyd edib.
 
Sonra dövlət rəsmiləri, dini icmaların nümayəndələri və bir sıra elm adamlarından ibarət çıxış edənlər dinlərin tolerantlığa baxışını, dinlərin barış və dostluğa dəvətini və dözümlülük ruhunun əhəmiyyəti və ölkədəki dinlərin vəziyyəti haqqında danışıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru