H.Ruhani: BMT və İƏT Myanma müsəlmanlarının vəziyyətinə uyğun cavab versin

H.Ruhani: BMT və İƏT Myanma müsəlmanlarının vəziyyətinə uyğun cavab versin

İran İslam Respublikası prezidenti Həsən ruhani çərşənbə axşamı Myanmanın BMT-dəki təmas qrupunun Nyu-Yorkdakı iclasında Rohinca müsəlmanlarının ilkin hüquqlarının kobud şəkildə pozulmasına laqeyd münasibətin ifratçılığın daha da genişlənməsinə səbəb olduğunu bildirib.
 
Maide.Az xəbər verir ki, H.Ruhani BMT və İslam Əməkdaşlıq Təşkilatından Myanma müsəlmanlarının acınacaqlı durumuna uyğun bir rəftar nümayiş etdirmələrini istəyib.
 
H.Ruhani deyib ki, Myanma dövləti bilməlidir ki, insanların öz torpaqlarından qovulması və onların digər ölkələrə qaçmağa məcbur edilməsi böhranın həll yolu sayılmır. "Myanma dövləti bu ölkə müsəlmanlarının köhnə yaralarına vətəndaşlıq hüququnun təmin edilməsi ilə dərman olmalıdır".
 
H.Ruhani İranın Myanma müsəlmanlarına yardım etməyə hazır olduğunu deyərək, əlavə edib ki, İslam Respublikası insan haqlarına, insan kəramətinə və Rohinca müsəlmanlarının təhlükəsizliyinə zəmanət verən bütün həll yollarını dəstəkləyir. (irib)

Google+ WhatsApp ok.ru