Hərbçilər qəzaya düşdü

Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib

Ötən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib. 
 
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun ANS-ə verdiyi məlumata görə, Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil aşıb.
 
Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib.
 
İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib. 

Google+ WhatsApp ok.ru