Həmas rəsmisi: `İsrail quru əməliyyatının əvəzini ağır ödəyəcək`

Maide.az-ın məlumatına görə, Həmas rəsmisi Fəhmi Bəhrum bildirib ki, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Qəzzadan İsrailə uzanan tunellərin vurulması məqsədiylə quru hərəkatı başlatmaq əmri verməsini, "nəticələri hesablanmadan atılmış bir addım" olaraq xarakterizə edib.

Berhum, "İşğalçı İsrail rejimi Qəzzaya istiqamətli quru hərəkatının əvəzini ağır ödəyəcək. Həmas Fələstin torpaqlarına girən İsrail ordusuna cavab verməyə hazırdır. Netanyahunun quru hərəkatı əmri nəticələri hesablanmadan atılmış bir addımdır", - deyib.

Xalq Müqavimət Komitəsinin hərbi qanadı Nasir Səlahaddin Briqadaları tərəfindən verilən açıqlamada, "Quru hərəkatı Fələstin müqavimətinin ilk dövründə İsrailin müvəffəqiyyətsizliyinin dəlilidir. İsraili məğlubiyyətə uğratmağa qadirik", deyə bildirilir.

Google+ WhatsApp ok.ru