`Həmas` Tel-Əviv hava limanını vurdu

"Həmas" təşkilatının hərbi qanadı olan Əl Kassam bir neçə dəqiqə öncə İsrail paytaxtı Tel-Əviv in beynəlxalq hava limanını vurduğunu bəyan edib. 

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, fələstinlilər “Ben Gurion” hava limanına “M75” raketi atıblar. 

Hazırda hava limanının işinin iflic olduğu bildirilir, bütün uçuşlar təxrə salınıb.

Bəzi KİV-lərin məlumatına görə, İsrail Həmasa atəşkəs edib şərtlərin danışılmasını təklif edir. Həmas isə əvvəl şərtlərin razılaşdırılmasını və daha sonra atəşkəsin bərpa olunmasını istəyərək İsrailin atəşkəs təklifini qəbul etməyib. /

Google+ WhatsApp ok.ru