Həmas-ın sabiq sözçüsü Qəzzada edam olunub

Fələstin KİV-ləri elan edib ki, "Həmas"ın sabiq sözçüsü İmən Taha Qəzzada edam olunub. 
Maide.az-ın  Fələstinin Maannews xəbər saytına isitnadən məlumatına görə, İmən Taha “casusluq və korrupsiya” ittihamı ilə edam olunub. 
Həmas-ın sabiq sözçüsü İmən Taha cari ilin əvvəlində Qəzzahda həbs olmuşdu. Ona qarşı həmin vaxt korrupsiya ittihamı irəli sürülmüşdi. Sonradan o həmçinin Misirə casusluq etməkdə ittiham olundu. 
əl-Quds qəzetiin məlumatına görə, İmən Taha bazar ertəsi edam olunub və onun cəsədi cümə axşamı günü Qəzzanın əl-Şəfa xəstəxanasına aparılıb. 
İmən Taha 2007-2009-cu illər ərzində Həmas-ın sözçüsü olub. /
 
 

Google+ WhatsApp ok.ru