Fələstin şəhidlərinin sayı 1914 nəfərə çatıb

Sionist rejimin Qəzzaya hücumu nəticəsində şəhid olanların sayı 1914 nəfər və yaralıların sayı isə 10 min nəfərə çatıb.

Maide.az-ın əl-Minar telekanalına istinadən məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin rəsmi sözçüsü deyib ki, sionist rejim səhiyyə mərkəzlərini hədəfə alıb və həmin hücumlar nəticəsində tibb işçilərindən bir nəfər şəhid edilib, 83 nəfəri isə yaralanıb.

İşğalçı sionist qüvvələri elan ediblər ki ötən gün Qəzza zolağında 40 mövqeyi hədəfə alıblar.

Sionistlərin Xan Yunusa hava hücumları nəticəsində 3 fələstinli şəhid edilib 7 nəfər isə yaralanmıb. İsrailin hərbi təyyarələri Rəfəh şəhərinin müxtəlif məntəqələrinə də zərbələr endiriblər.

Sionist rejimin hava hücumu nəticəsində Qəzza zolağının Cebaliya məntəqəsində 8 nəfər mülki  yaralanıblar.

Həmas-ın sözçüsü Sami Əbuzəhri  deyib ki, işğalçı rejimlə atəşkəslə bağlı razılıq əldə olunması ehtimalı çox azdır.  Qahirədə keçirilən müzakirələrdə Həmasla Fəth müzakirələri heyətinin sədri İzam əl-Əhməd şənbə axşam deyib ki, əgər İsrail qeyd-şərtsiz müzakirələri başlamğı qəbul etməsə, Fələstin müzakirə heyəti Qahirəni tərk edəcək.

Sionist rejimin Qəzzaya hücumları başladığı gündən indiyədək 500 mindən artıq fələstinli evlərindən didərgin düşüblər.

 Fələstinlilərin Vəqflər və Dini İşlər Nazirliyi elan edib ki, sionist rejimin son bir ay ərzində Qəzzaya hücumu nəticəsində 70-ə yaxın məscid tam şəkildə dağılıb və 150-i xəsarət alıb. 

 

 

 

Google+ WhatsApp ok.ru