Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı rəsmi açıqlama

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçı hakimiyyəti Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitini qaytarmağa hazır olduğunu bəyan edib. Bu barədə erməni mətbuatı məlumat yayıb. 
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynovanın azvision.az-a açıqlamasında bildirdiyinə görə, BQXK-nin Azərbaycan nümayəndəliyinə bununla bağlı məlumat daxil olub. 
 
“Bütün bu əməliyyatın tərəflər arasında razılaşması baş verdikdə, Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral vasitəçi olaraq tez bir zamanda həmin vətəndaşın meyitinin ailəsinə qaytarılmasına hazırdır”. 
 
Qeyd edək ki, bir neçə ay öncə Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda iki Azərbaycan vətəndaşını girov götürüb. Onlar Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Üçüncü şəxs Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb və Dağlıq Qarabağda ermənilər tərəfindən BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub. 

Google+ WhatsApp ok.ru