Həmas xalq ordusu təşkil edir

Fələstinin İslami Müqavimət Hərəkatı (Həmas) elan edib ki, Sionist rejiminin fələstinlilərə qarşı hücumlarının qarşısını almaq məqsədi ilə xalq ordusu təşkil edir.
Maide.az-ın  Frans Press-ə istinadən məlumatına görə, Həmasın hərbi qolu İzzəddin Qəssam briqadasının sözçülərindən olan Məhəmməd Əbu Əskər deyib ki, İndiyə kimi 2500 nəfər xalq ordusuna qoşulub. 
Onun sözlərinə görə, bu ordu Qəzza zolağının qorunması , Ələqsa məscidi və digər Fələstin ərazilərinin  azad edilməsi məqsədi ilə təşkil olunub.
Əbu Əskər əlavə edib ki 20-dən çox yaşı olan könüllü gənclər xalq ordusuna yazılaraq işğalçı İsrail rejimi ilə  mübarizə üçün  hazırlaşa bilərlər.  /
 

 

Google+ WhatsApp ok.ru