Hərbçi qəza törətdi- 3 yaralı

Tərtərdə ağır yol qəzası baş verib. 
 
 
Maide.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə,  hadisə rayonun Təzəkənd ərazisində qeydə alınıb. 
 
Qəza zamanı “VAZ 2106”markalı avtomobillə “VAZ 2107” toquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 
 
Rayon polisi qəza yerinə araşdırma aparır. 
 
Qeyd edək ki, “07”nin sürücüsünün hərbçi olduğu bildirilir.  /
 

Google+ WhatsApp ok.ru