Həzrət Peyğəmbərin (s) mövludu 2015-ci ildə iki dəfə təkrar olacaq

Bu cür hadisə hər 33 ildə bir dəfə təkrarlana bilər

Bu il hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri yanvarın 4-9 təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir. Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti- Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.
 
Maide.az xəbər verir ki, əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu 2015-ci ildə İslam ölkələrində iki dəfə qeyd olunacaq.
 
Belə ki, bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri  4-9 yanvar  2015   və 24-29 dekabr 2015-ci ilə təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.
 
Qeyd edək ki, bir il ərzində hicri-qəməri tarixi ilə günlərin sayı milad tarixi ilə günlərin sayından 11 gün az olduğu üçün bu il belə bir hadisə baş verəcək və biz 2015-ci ildə Peyğəmbərimiz (s) üçün iki dəfə mövlud keçirəcəyik. Bu cür hadisə hər 33 ildə bir dəfə təkrarlana bilər.
 
Bu hadisə axırıncı dəfə milad ili ilə 1982-ci ildə baş vermişdi. Həmin il hicri-qəməri tarixi ilə 1403-cü ilə təsadüf edir. Gələcəkdə isə bu hadisə 2047-ci milad ilində baş verəcəkdir ki, bu da hicri-qəməri tarixi ilə 1470-ci ilə təsadüf edəcək.
 
Qeyd edək ki, bu iki fərqli tarix arasında ixtilafları aradan qaldırmaq üçün 20-ci əsrin böyük İslam alimlərindən olan, İslam İnqilabının rəhbəri, mərhum Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə 12-17 Rəbiul-əvvəl tarixlərini müsəlmanların birliyi naminə "Vəhdət həftəsi" adlandıraraq mövludu bu günlər ərzində qeyd etməyə səslədi və o gündən başlayaraq 12-17 Rəbiul-əvvəl "Vəhdət Həftəsi" adında bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.

Google+ WhatsApp ok.ru