Həmas Mahmud Abbasın danışıqlara sadiq qalmadığını bildirdi

Fələstin İslami müqavimət hərəkatı Həmas sözçüsü, Fələstin muxtar təşkilat sədrini, Həmas və Qəzza zolağına qarşı cəhdlərinə son verməsini istədi.
 
Fələstin informasiya mərkəzinin bildirdiyinə görə HƏMAS sözçüsü Sami Əbu Zuhri dünən verdiyi açıqlamada, Fələstin Adminstrasiyasının rəhbəri Mahmud Abbasın Həması Fələstin siyasi səhnəsindən silmək yuxusunu davam etdirdiyini, lakin bunun heç vaxt baş tutmayacağını bildirib.
 
Maide.az xəbər verir ki, Əbu Zuhri açıqlamasında Həmasın hökumətin işinə mane olmasına dair Abbasın iddialarını, həqiqətin təhrif edilməsi şəklində qiymətləndirib.
 
Əbu Zuhri həmçinin Həmasın Qəzzada hökuməti ləğv edərək nazirlərin vəzifələrindən çıxarılması ilə milli sülh çərçivəsində öhdəliklərinə sadiq qalan yeganə tərəf olduğuna işarə ilə, "lakin Abbasın xüsusilə müvəqqəti liderlik heyətinin yaranmasındakı öhdəlikləri və milli şura seçkiləri, həmçinin muxtar təşkilat başçılığı ilə bağlı öhdəliklərinə sadiq qalmadığını" bildirib.

Google+ WhatsApp ok.ru