Hər il 45000 nəfər işsizlik səbəbindən öz canına qıyır

Maide.az xəbər verir ki, CBS DC və The Lancet Psychiatry saytlarının birgə əməkdaşlığı ilə aparılan araşdırmaların nəticəsinə görə hər il dünyada baş verən 5 intihardan birininin səbəbi işsizlik problemi ilə bağlıdır.
 
Belə tədqiqatın aparılması ideyası Zürix universitetinin professor heyəti tərəfindən təklif olunub. Dünya Sağlamlıq Təşkilatının vasitəçiliyi ilə 2000-2011-ci illərdə dünyanın  63 ölkəsində ölüm haqqında şəhadətnamələr araşdırılıb. Orta hesabla hər il 233.000 ölüm faktı tədqiq olunub və bu ölüm sayından 45.000-nin və ya təxminən 20 %-nin işizliklə bağlı olduğu qənaətinə gəlininb.
 
Həmçinin tədqiqat onu da göstərib ki, 2008-ci ildən sonrakı periodda Dünya İqtisadi Böhranı ilə əlaqədar olaraq intihar göstəricilərində nəzərəçarpan artım müşahidə olunub. Müqayisə üçün deyək ki, əgər 2007-ci ildə işssizikdən doğan intihar sayı 41.148 idisə, artıq bu rəqəm 2009-cu ildə 46.131 nəfərə çatır.  Sabit göstəricinin 4.983 qədər artmasını isə mütəxəssislər sırf böhranla əlaqələndirilər.
 
Ekspertərin sondakı rəyi isə kifayət qədər yekdil görsənir. Onlar bu problemin ciddiliyini nəzərə alaraq, bu növ intihar cəhdlərinə qarşı mübarizənin təkcə böhran, ehtiyatların kasad olduğu dövrdə deyil, həmçinin sabitlik və iqtisadi çiçəklənmə dövründə də aparılmasının vacibliyini vurğulayıblar. Həmçinin tədbirlər planının güclü iqtisadiyyata malik ölkələrlə yanaşı, iqtisadiyyatı zəif inkşaf edən ölkələrdə də tətbiq olunması məqsədəduyğun hal kimi qiymətləndirilib.(banco.az)

Google+ WhatsApp ok.ru