Həmasın 80 üzvü həbs edilib

İordan çayının qərb sahilində onlarla HƏMAS üzvü həbs edilib
Maide.az Əl-Əqsa televiziyasına istinadən xəbər verir ki, Fələstin muxtariyyətinin təhlükəsizlik qüvvələri Həmasin 80 üzvünü İordan çayının qərb sahilində həbs edib.
Həmas hərəkatı bildirib ki, Fələstin muxtariyyətinin təhlükəsizlik qüvvələri sionist rejimlə əməkdaşlıq edərək İordan çayının qərb sahilindəki şəhərlərində əhalinin evlərinə hücum edib və Həmas üzvlərini həbs edərək onların şəxsi kompüterlərini müsadirə ediblər.
Qeyd edək ki, Misir Məhkəməsinin Fələstinin müqavimət hərəkatı olan HƏMAS-ı terrorçu təşkilatı elan etməsindən sonra Mahmud Abbas hökuməti Təhlükəsizlik Qüvvələrinin HƏMAS üzvlərini həbs etməsi təsadüfi sayılmır./

Google+ WhatsApp ok.ru