Həmsədrlərin regiona səfərinin vaxtı açıqlanıb

 ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərinin vaxtı açıqlanıb.

 
APA-nın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, vasitəçilər iyulun 20-də Ermənistana, iyulun 21-də isə Azərbaycana səfər edəcəklər.
 
Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır. /

Google+ WhatsApp ok.ru