Həmas dəstək istədi

Həmas idarəçilərindən Xəlil əl-Hayyə İslam dünyasını heç bir siyasi qarşılıq gözləmədən mübarizəyə dəstək verməyə çağırıb.
Maide.az xəbər verir ki, imkansız gənclər üçün Beyt Lahiyədə təşkil edilən kütləvi toy mərasimində danışan əl-Hayyə İslam ölkələrindən silah və pul yardımı gözlədiklərini söyləyib.
 
O deyib ki, İslam düşmənləri ilə ön cəbhədə savaşdıqları üçün bu yardımı istəmək də haqlarıdır:
 
“Əlimizi tüm ümmətə uzadırıq. Kimsənin daxili işlərini qarışmırıq. Bütün ölkələrlə münasibətlərimizi normada saxlayırıq. Amma bəziləri buna əsəbiləşir”/

Google+ WhatsApp ok.ru