Hər gün Avropaya 8 min qaçqın gəlir

Miqrantların Avropaya axını davam edir. Macarıstan hökuməti miqrant axınının qarşısını almaq üçün qonşu ölkələrlə danışıqlar aparır. BMT isə qaçqınlarla bağlı hesabat yayıb. 
 
Maide.az xəbər verir ki, on minlərlə miqrantın Orta Şərq və Afrika ölkələrindən Avropaya axını davam edir. Türkiyə sahillərindən Yunanıstana getmək istəyən miqrantların ən çox üz tutduğu ərazi Middili adasıdır. Məlumatlara əsasən, bölgəyə gün ərzində 1200 qaçqın daxil olur. Buna əsas səbəb Middilinin İzmir Çanaqqala və Balıkəsir sahillərinə yaxın olmasıdır. Ada sakinləri miqrantlara əllərindən gəldiyi qədər köməklik göstərdiklərini bildiriblər. Miqrantlar isə otel qiymətlərinin və ərzaq məhsullarının baha olmasından şikayətlənir.
 
Macarıstan hökuməti miqrant axınının qarşısını almaq üçün sərhədləri bağlamaqla bərabər qonşu ölkələrlə danışıqları davam etdirir. Ölkəyə təkcə ötən gün 8 min 500 qaçqın daxil olub. Bu arada Almaniya hökuməti ölkəyə gələn və suriyalı olduğunu iddia edən qaçqınların 1/3 birinin bu ölkədən gəlmədiyini müəyyənləşdirib.
 
BMT miqrantlarla bağlı hesabat yayıb. Sənədə əsasən, hər gün Avropaya 8 min qaçqın gəlir. Onlardanda 5 mini Yunanıstana axın edir.  2015-ci ilin əvvəlindən Avropada sığınacaq tapmaq üçün 500 min miqrant qeydiyyatdan keçib. Onlar arasında Suriya və İraq vətəndaşları çoxluq təşkil edir.

Google+ WhatsApp ok.ru