Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarıldı

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov nazirin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri ilə bu gün vəzifəsindən azad edilib.
 
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
Xatırladaq ki, Nizami Şirinov uzun illər ərzində MTN-də çalışıb. O, bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub. /

Google+ WhatsApp ok.ru