Hər beşinci amerikalı borclu ölür 12 Dekabr 2015 02:00 Dünya Hər beşinci amerikalı borc içində ölür. Musavat.com xəbər verir ki, bu barədə məlumatı "MarketWatch" portalı "CreditCards.com" portalı və "Employee Benefit Research İnstitute"nin araşdırmalarına istinadən yayıb. Araşdırmanın nəticələrinə görə, rəyi soruşulan amerikalıların 21 faizi ömürlərinin sonuna qədər kreditlərini bağlaya biləcəklərinə inanmırlar. Portalın analitikləri bildirirlər ki, bu göstərici il ərzində 3 faiz artıb. "Employee Benefit Research İnstitute"dən bildirilib ki, işləyən amerikalıların 13 faizi, təqaüddə olanların isə 9 faizi borclarla bağlı ciddi problemlərinin olduğunu deyiblər. İşləyənlərin 38, pensiyada olanların 22 faizi borclarla bağlı xırda problemlərinin olduğunu deyib. "CreditCards.com" bildirir ki, amerikalılarda bu cür neqativ trendin səbəbi ipoteka üzrə borclanmanın artması ilə bağlıdır. / Teqlər : #Hər beşinci amerikalı borclu ölür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyanın İŞİD-ə xərclədiyi pullar İrana İraqdan gətirilmiş `partlayıcı oyuncaqlar` məhv edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO