Həsən Nəsrullahın radikal qruplaşmalara tarixi sözü

Həsən Nəsrullahın radikal qruplaşmalara tarixi sözü

“Beş ildir sizdən istifadə edirlər. Siz adınızı mucahid qoyub islam dövləti qurmaq istəyirsiz. Qalib gələndən sonra sizi də məhz edəcəklər. Əgər azacıq ağlınız, islama sevginiz və peyğəmbərə sevginiz varsa bu muharibəni durdurun, silahı yerə qoyun”

İslaminSesi xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah 33 günlük muharibədə İsrailə qarşı qələbənin ildönümündə çıxışı zamanı deyib.

Həsən Nəsrullah Suriyada İraqda və digər bölgələrdə islam adı ilə vuruşan radikal qruplaşmalar belə tarixi sözlər deyib: “Suriyada adlarını islam mucahidləri qoymuş ən-Nusra Cəbhəsinə və İraqda İŞİD üzvlərinə deyirəm ki siz özünüzü mucahid hesab edirsiniz. Sizi iddia edirsiniz ki islan dövləti istəyirsiniz. Ay camaat Amerika Səudiyyə və bölgədə olan bəzi dövlətlər sizi gətiriblər, sizi silahlandırıblar, buralara gəlməyinizə şərait yaradıblar, sizin vasitənizlə döyüşblər, sizə dəstək veriblər ki hədəflərini həyata keçirsinlər və bundan sonra da sizin özünüzün axırına çıxacaqlar. Beş ildir ki belədir. Bunu bilmək üçün qeybi bilmək lazım deyil. Buna bəsirət lazım deyil. Azacıq təcrübələr də bunu göstərir.

Suriyada, İraqda Yəməndə , Sina Yarımadası, Liviyadakı radikal qruplaşmalara mən deyirəm. Əgər azacıq ağlınız, dərrakəniz varsa, azcıq düşünmə qabiliyyətiniz varsa bilin ay camaat beş ildir ki sizdən istifadə edirlər. Sizdən istifadə edirlər Sionizmə qarşı müqavimət xəttini dağıtmaq üçün, bölgə xalqlarını parçalamaq üçün, bu bölgənin gələcəyini və amalını bərbad etmək üçün. Bunu edirlər ki əvvəlkinin yerinə xain, zəif, Amerika və İsrailə xidmət edən rejimlər bərpa etsinlər. Əgər həqiqətən də islamdan azacıq anlayışınız varsa, əgər azacıq peyğəmbər məhəbbəti sizdə varsa, Əgər azacıq Qurana əlaqəniz varsa, bu muharibəni durdurun”. /

Google+ WhatsApp ok.ru