Həcc -2016 - Son onilliyin ən izdihamsız həcc mövsümü

Həcc -2016 - Son onilliyin ən izdihamsız həcc mövsümü

 
Statiskalara görə 2016-cı ilin Həcc ziyarəti  ən izdihamsız Həcc ziyarəti olub. Buna səbəb isə Səudiyyə Ərəbistanı hakimiyyəti göstərilib.
 
Maide.Az  “İslam.ru” saytına istinadən xəbər verir ki, bu il zəvvarlar arasında kişilər 54,6%, qadınlar isə 45,4% faiz təşkil edib. 
 
Xarici və daxili zəvvarların sayına görə builki Həcc mövsümündə daha az insan iştirak edib. 
 
“Reuters”-in məlumatına görə, Səudiyyə Ərəbistan rəsmiləri deyir ki, bu il həcc ziyarətinə 1.86 milyon zəvvar gəlib. Onlardan 1.3 milyon nəfəri digər ölkələrdən Səudiyyəyə gələn zəvvarlardır. Bu rəqəm ötən il 3 milyon nəfərdən çox olub indi isə yarıbayarı azalıb. 
 
Səudiyyə Ərəbistanın həcc və ümrə milli komitəsinin sədri Mərvan Abbas Şəban deyib ki, əcnəbi zəvvarların sayı 20 faiz və yerli zəvvarların sayı isə 50 faiz azalıb. 
 
“Ümumilikdə Həcclə bağlı ticari biznes 50 faiz azalıb”. 
 
Qeyd edək ki, 2007-ci ildə həcc ziyarətində 1.7 milyon xaricdən gələn zəvvar, 746 511 nəfər isə yerli zəvvarlar idi. Ümumuilikdə 2.4 milyon zəvvar "Hacı" adını qazanmışdır. 
 
Bu il isə bu rəqəm olduqca aşağı düşüb. Səudiyyə Ərəbistanın Yəmən müsəlmanlarını bombalamasında sonra bu ölkəyə müsəlmanların gedişində kəskin azalma olub. 
 
Bundan əlavə keçən il Həcc mövsümündə Ərəbistan hakimiyyətinin səhlənkarlığı üzündən minlərlə zəvvar həlak olub ki, onlardan 500 nəfəri iranlı zəvvarlar olub. İran Səudiyyə Ərəbistan hacıların canına olan təhlükəni təmin edəcəyinə  təminat vermədiyi üçün həccə getməyiblər. Zəvvarların sayının azalmasına əsas səbəblərdən biri də iranlı zəvvarların bu il həccdə iştirak etməməsidir. 
 
 

Google+ WhatsApp ok.ru