Hərbçilər qəzaya düşüb

Hərbçilər qəzaya düşüb

 
Sentyabrın 20-si saat 22:20 radələrində Gəncə-Daşkəsən yolunda hərbçilər qəzaya düşüb.
 
Verilən xəbərə görə, «VAZ -2107» markalı avtomobillə təcili yardım maşını toqquşub.
 
Bu zaman avtomobildə olan 3 hərbçinin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
 
Qəzaya uğramış təcili yardım maşınının Göygöl Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu bildirilir.
 
Hadisə ilə bağlı araşdırma aparılır. (report) /

Google+ WhatsApp ok.ru