Həccdən qayıdan bəhreynlilərin pasportları müsadirə olundu

Həccdən qayıdan bəhreynlilərin pasportları müsadirə olundu

 
Bəhreynin Daxili İşlər Nazirliyi bəzi Bəhreyn vətəndaşlarının ölkəyə daxil olarkən pasportlarının müsadirə olunduğunu açıqlayıb.
 
Parstoday-a istinadən xəbər verilir ki, Bəhreynin Daxili İşlər Nazirliyinin Pasport, Vətəndaşlıq və Oturum icazəsi üzrə nazir müavini Rəşid Bin Xəlifə Əl-Xəlifə mətbuata amıqlamasında bildirib.
 
Nazir müavini bu pasportlarda etibarsız möhürlərinin olduğunu və buna görə istifadə oluna bilməyəcəyini iddia edib.
 
Xəlifə Əl-Xəlifə pasportu müsadirə edilən vətəndaşlardan, yeni pasport almaq üçün pasport və vətəndaşlıq işləri idarələrinə müraciət etmələrini istəyib.
 
Bu arada Bəhreyn İnsan Haqları Mərkəzinin üzvü Həsən Razi açıqlama verərək, Bəhreyn rəsmilərinin bir çox Bəhreyn vətəndaşının həcc və digər ziyarətlərdən qayıdışı əsnasında ölkəyə daxil olan kimi, pasportlarını müsadirə etdiyini bildirib. O, həmin vətəndaşlardan pasport əməliyyatları idarələrinə müraciət etmələri üçün göstəriş verildiyinə dair əllərində məlumat olduğunu açıqlayıb.
 
Qeyd edək ki, bu ilki həcc mövsümündə 9 bəhreynli fəalın pasaportları Səudiyyə rejimi tərəfindən müsadirə olunmuşdur və bir müddətdən sonra onların həbs edildiyi açıqlanmışdır. (Deyerler.org ) /

Google+ WhatsApp ok.ru