`Həşd-Şabi`: Suriyada da İŞİD-lə döyüşməyə hazırıq

`Həşd-Şabi`: Suriyada da İŞİD-lə döyüşməyə hazırıq

"Hazırda bizim qüvvələr Qəyyara rayonundan Təl-Afər şəhəri istiqamətində irəliləyir."
 
"Sputnik"-ə istinadən verilən xəbərə əsasən, İraqın "Həşd Şabi" könüllü qüvvələrinin nümayəndələri Suriyada da İŞİD-ə qarşı mübarizə aparmağa hazırdı. Bu haqda "Həşd Şabi" tərkibindəki türkmən döyüşçülərin dəstə komandanı Əhmət Arslan bildirib: "Həşd Şabi" qüvvələri öz ölkələri və xalqı uğrunda terrorçulara qarşı mübarizə aparır. Əgər bizə rəsmi mənbələrdən müvafiq təklif gələrsə, biz Suriyada da İŞİD-ə qarşı müqavimət göstərməyə hazırıq. Biz terrorçularla onlar harada olurlarsa olsunlar mübarizə aparmağa hazırıq."
 
Arslanın sözlərinə görə, hazırda "Həşd-Şabi"nin hədəfi İraq və Suriyadakı İŞİD terrorçuları arasındakı əlaqəni kəsməkdir.
 
"Könüllülər Suriya və İraqda İŞİD terrorçuları arasındakı əlaqələri kəsmək məqsədilə atkiv şəkildə fəaliyyətə keçib. Hazırda bizim qüvvələr Qəyyara rayonundan Təl-Afər şəhəri istiqamətində irəliləyir. Biz artıq nəzərə çarpacaq qədər irəliləməyə müvəffəq olmuşuq. Əməliyyatın əsas hədəfi İŞİD terrorçularının Təl-Afərdən Suriyaya geri çəkilmə yollarını bağlamaqdır (qarşısını almaqdır - red.). Bu məqsədlə biz terrorçuların mühasirəyə alınaraq onların dar həlqədə sıxılması əməliyyatını həyata keçiririk. Terrorçular müqavimət göstərmirlər. Onlar sadəcə olaraq qaçırlar. Əvvəlki Tikrit və Fəllucə döyüşlərində də bu cür olub.", - deyə o əlavə edib.
 
Onun məlumatına əsasən, Mosulun azad edilməsi əməliyyatında İraq ordusu ilə yanaşı "Həşd Şabi"nin tərkibinə daxil olan 18 dəstənin təxminən 45 min döyüşçüsü də iştirak edir. Əməliyyatda ümumilikdə təxminən 60 min əsgər iştirak edir.
 
O qeyd edib ki, Təl-Afərin də azad edilməsi Mosulun İŞİD-dən təmizlənməsi prosesini daha da tezləşdirəcək. (islamazeri) /

Google+ WhatsApp ok.ru