Həbs edilmiş tanınmış jurnalist Hüsnü Mahalli xəstəxanaya yerləşdirildi

Həbs edilmiş tanınmış jurnalist Hüsnü Mahalli xəstəxanaya yerləşdirildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, "Twitter üzərindən dövlət rəhbərliyinə təhqir etməsi" iddiasıyla həbs olunan jurnalist-yazar Hüsnü Mahalli xəstəxanaya yerləşdirilib.
 
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin briqadalarının dekabrın 13-də evində həbs etdiyi Hüsnü Mahalli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
 
Hüsnü Mahalli burada axşam saatlarında özünü narahat hiss etdiyi üçün Cərrahpaşa Tibb Fakültəsinin xəstəxanasına yerləşdirilib. İlkin yardım edildikdən sonra, Mahallnin müalicəsi xəstəxananın Nevrologiya şöbəsində davam edir.
 

Google+ WhatsApp ok.ru