Ruhani: Düşmən müsəlman gənclər arasında ümidsizlik yaratmaq istəyir

Ruhani: Düşmən müsəlman gənclər arasında ümidsizlik yaratmaq istəyir

Beynəlxalq İslami Vəhdət Konfransı Tehranda öz işinə başlayıb.
Maide.Az xəbər verir ki,“Birlik və Təkfirçi Cərəyanlara qarşı Müqavimət” şüarı altında keçirilən bu konfransı “Məzhəblərin Yaxınlığı Beynəlxalq Assambleyası” təşkil edib. Konfransa 50 ölkədən din alimi, ictimai-siyasi xadim və müsəlman mütəfəkkirləri qatılıblar. Konfransda İrandan 300 digər 50 ölkədən isə 60 nümayəndə iştirak edir.
 
Konfransda İran prezidenti Həsən Ruhaninin çıxış edib və düşmənlərin müsəlman gənclərə qarşı planlarından danışıb. "Sionist rejim və regionin digər qan tökənlərinin məqsədi  müsəlman gənclərdə ümidsizlik yaratmaqdır, amma onların (düşmənlərin) özləri  tezliklə ümidsizliyə giriftar olacaqlar." 
 
H.Ruhani deyib ki,  Fəluca, Hələb və yaxın gələcəkdə bütün İraq və Suriya terrorçulardan təmizlənəcək. “Əgər dünyanın diktator və böyük gücləri eləcə də onların regiondakı əlaltıları hesab edirlər ki, terrorçu qruplaşmalar vasitəsi ilə bölgədə mənafeləri təmin olunacaq, böyük səhv edirlər”. 
 
Prezident Ruhani  müsəlmanlar arasında vəhdətin zəruriliyindən danışıb  və müsəlman alim və ziyalıları gənclərə və yeniyetmələrə həqiqi islamla tanış etməyi tövsiyə edib. 
 
H.Ruhani deyib ki, əsrlər boyu şiə və sünni, müxtəlif tayfalar bir-birinin yanında  dinc şəraitdaə yaşayıb. “Şiə və sünninin bir-biri ilə ixtilafı yoxdur, necə ki, İmam (İmam Xomeyni (rə)  deyib: Amerika islamı ilə Muhəmmədin (s) həqiqi İslamı  qarşı-qarşıyadır. Şiə və Sünni  qardaşdır, onlar Quran, sünnə və Peyğəmbərin (s) sirəsinin davamçılarıdırlar.” 
 
Bu konfrasnda islam ümmətini parçalayan imperialist və hegemon ölkələrin rolu və onların əlaltıları olan, müsəlmanları təkfir edən cərəyanlara qarşı mübarizə yolları və sair məsələlər araşdırılacaq.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru