Həmid Kərzai: `ABŞ yeni silahlarını sınaqdan keçirmək üçün Əfqanıstandan poliqon kimi istifadə edir`

Həmid Kərzai: `ABŞ yeni silahlarını sınaqdan keçirmək üçün Əfqanıstandan poliqon kimi istifadə edir`

"ABŞ yeni silah növlərini sınaqdan keçirmək üçün Əfqanıstandan poliqon kimi istifadə edir".
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın keçmiş prezident Həmid Kərzai deyib.
 
“ABŞ Əfqanıstanda terrorçuluqla mübarizə aparmır, ölkə ərazisindən yeni və təhlükəli silah növlərinin sınağı üçün poliqon kimi istifadə edir. Mən ABŞ hərbi qüvvələrinin Əfqanıstana ən yeni qeyri-nüvə bombasını atmasını pisləyirəm. Əfqanlar ABŞ-ın qarşısını almaq iqtidarındadır”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, Pentaqon Əfqanıstanda ilk dəfə “bombaların anası” adı verilmiş güclü fuqas aviasiya bombasını sınaqdan keçirib. /

Google+ WhatsApp ok.ru