Hələbdə partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb

Hələbdə partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb

 
Suriyanın Hələb şəhərində əsasən şiələrin yaşadığı Fuə və Kəfəriyadan təxliyə edilən insanları daşıyan avtobusların yanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 130 nəfər yaralanıb.
 
Maide.Az xəbər verir ki, ölənlər arasında xeyli sayda qadın və uşaq var.
 
Qeyd edək ki, bir müddət öncə 2 ildən çoxdur ki, mühasirədə olan bu dörd bölgənin boşaldılması üçün hökumət qüvvələri və “müxaliflər” arasında razılıq əldə olunub.
 
Bu bölgələrdə 60 min insanın mühasirədə olduğu bildirilir. 
 
Qeyd edək ki, bir müddət öncə də “müxaliflər” Fuə və Kəfəriyanın sakinlərinin boşaldılması ilə bağlı razılıq vermişdir. Lakin daha sonra bu bölgənin dinc sakinlərini boşaltmaq üçün göndərilən avtobuslara od vurub yandırmışdılar.  
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru