Həbs edilmiş bəhreynli ruhanidən 19 gündür heç bir xəbər yoxdur

Həbs edilmiş bəhreynli ruhanidən 19 gündür heç bir xəbər yoxdur

Aprelin 28-də Ali-Xəlifə rejimi tərəfindən saxlanılan Bəhreynin tanınmış ruhanilərdən Şeyx Əbdüz-Zəhra Karbabadinidən 19 gündür heç bir xəbər almaq mümkin olmayıb. 
 
Maide.Az xəbər verir ki, “Sülh” İnsan Haqları Təşkilatında dini azadlıqlar qurumunun sədri Seyid Abbas Şübeyr deyib ki, aprelin 28-də Ali-Xəlifə rejim qüvvələri Şeyx Əbdüz-Zəhra Karbaabdinin evinə hücum edib. Onu, həyat yoldaşını və bacısını həbs edərək naməlum istiqamətə aparıb. Həmin tarixdən indiyədək onlardan heç bir xəbər almaq mümkün olmayıb. 
 
Seyid Abbas Şübeyr deyib ki, Şeyx Ə.Kardabadinin vəkilinə onunla görüşə icazə verilmir, heç kim bilmir ki, onu harada saxlayırlar. 
 
Qeyd edək ki, son həftələr ərzində Ali-Xəlifə rejimi Bəhreyndə alimlər və inqilabçılara qarşı sərt addımlar atır. /

Google+ WhatsApp ok.ru