Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin əsas giriş qapısında təmir işləri aparılır - FOTO 13 Dekabr 2017 02:00 Dünya -- Divarların çatlarının təmiri və betonla bərkidilməsi Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin əsas giriş qapısı və qızıl eyvanında bərpa işlərinin və təzhib (qızılla bəzək) üzrə işlərin ikinci mərhələsinə start verilib. Madide.Az “Abna”-a istinadən xəbər verir ki, bu barədə Həzrət Əbəlfəzl Abbasın (ə) hərəmində layihələr üzrə mühəndis Ziya Məcidul-Saiq deyib. Onun sözlərinə görə, təmir işləri pak hərəmin əsas giriş qapısı və qızıl eyvanda aparılır. “Birinci mərhələdə eyvanın yuxarısı hissəsində təmir işləri aparılmışdı. Hazırda yeni və daha keyfiyyətli texnologiya ilə hərəmin memarlıq strukturu möhkəmləndiriləcək.” O bildirib ki, həmçinin əsas giriş qapısının divarları palçıq və köhnə kərpiçlərlə tikildiyi üçün artıq köhnəlib və bəzi yerlərdə çatlar əmələ gəlib. Divarların çatlarının təmiri və bəzi yerlərdə betonla bərkidilməsi işləri də aparılacaq. Teqlər : #Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin əsas giriş qapısında təmir işləri aparılır FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Amnistiya: “Şeyx Zəkzəkinin tərəfdarları haqqında hələ də ədalət bərpa edilməyib” Fələstin işğalçı İsraillə bütün sazişləri ləğv etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO