Həyatımıza qənim kəsilənlərə çarə tapıldı

Həyatımıza qənim kəsilənlərə çarə tapıldı

Amerikalı alimlər plastikin yenidən işlənməsi üsulunu tapıblar. Belə ki, planeti çirkləndirən tullantılar yanacaq, təmiz polimer və ya monomerə çevrilə bilər.
 
Maide.Az "Sputnik"-ə istinadən xəbər verir ki, müvafiq araşdırma "ACS Sustainable Chemistry & Engineering" nəşrində dərc olunub. Statistikaya əsasən son 50 ildə insanlar təxminən 5 milyard ton plastik tullantı istehsal edib. Onların təxminən 23%-i polipropilendir.
 
Perdyu universitetindən olan komanda poliolefinlərin 90%-ni utilizə etməyə imkan verən texnologiya hazırlayıb. Bu maddə neft və təbii qazdan alınır və müxtəlif plyonka və liflərin hazırlanmasında istifadə olunur.
 
Yeni texnologiya nəinki ətraf mühiti çirklənmədən qoruyacaq, hətta emal sənayesinin gəlirlərini artıracaq.
 
 
 
 

Google+ WhatsApp ok.ru