WhatsApp-da yeni dövr başlayır

WhatsApp-da yeni dövr başlayır

WhatsApp-da yeni dövr başlayır.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, WhatsApp-ın İOS versiyasına barmaq izi müdafiəsi gəlir. Belə ki, funksiyanı aktiv etdikdən sonra telefon ekranı kilidini açsanız belə, WhatsApp-a daxil olmaq üçün yenidən barmaq izindən istifadə etməli olacaqsınız.
 
Qeyd edək ki, iOS üçün WhatsApp Face ID və Touch ID  dəstəyi ilə bərabər təqdim edilib. Belə ki, artıq iPhone istifadəçiləri WhatsApp-a Face ID və Touch ID ilə də daxil ola biləcəklər.
 
Funksiyalar tətbiqin 2.19.20 versiyasına sahib istifadəçilərdə aktiv olacaq.
 

Google+ WhatsApp ok.ru