Həftə sonu yol qəzalarında 7 nəfər ölüb 15 Aprel 2019 09:46 Hadisə Aprel ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Maide.Az bildirir ki, DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb. Teqlər : #Həftə,#sonu,#yol,#qəzalarında,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yol qəzası baş verdi, ölən var Bu ərazidə iiki gün ərzində işıq olmayacaq