Həzrət Əli (ə) hərəmində Qədr gecəsi - FOTO

Həzrət Əli (ə) hərəmində Qədr gecəsi - FOTO

Ramazan ayının 18-dən 19-na keçən gecə

Nəcəfdəki İmam Əlinin (ə) hərəmində Qədr gecəsi və Həzrətin (ə) şəhadətinin növbəti ildönümündə Əhli-beyt (ə) aşiqləri o həzrətin hərəmini ziyarət edib. 
 
Maide.Az xəbər verir ki, Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələri və digər ölkələrdən Ramazan ayının Qədr gecələrində Həzrəti İmam Əlinin (ə) hərəmini ziyarət etmək  üçün Nəcəf şəhərinə gəlib. 
 
Ziyarətçilər hüzn  və göz yaşları ilə o həzrətin zərbətlənməsi münasibətilə səhərədək  əzadarlıq edib, dualar oxuyublar.   
 
Qeyd edək ki, Ramazan ayının 18-dən 19-na keçən gecə həm də Həzrət İmam Əli ibni Əbu Talibin (ə) İraqın Kufə məscidində sübh namazında xəvaric tərəfindən zərbətləndiyi gecədir. Bu qılınc yarasından 2 gün sonra İmam Əli (ə) şəhadətə qovuşub.
 
Xatırıadaq ki, pandemiya ilə əlaqədar  hərəmdə   bir sıra profilaktik tədbirlər görülüb. 
 
Fotoları təqdim edirik:  
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru